Emin Əmrullayevdən distant təhsillə bağlı YENİ AÇIQLAMA
Azərbaycanda şagird sayı az olan kənd məktəblərinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, hazırda məktəblərlə bağlı təhlillər davam etdirilir:
"Məqsəd sistemin daha da rasionallaşdırılması və təhsilin keyfiyyətinin artırılmasıdır. Azsaylı məktəblərə müəllim göndərmək problemi var".
E. Əmrullayev bildirib ki, bu istiqamətdə iki model tətbiq olunur. Onlardan biri şagirdlərin nəqliyyat vasitəsilə daha böyük məktəblərə daşınmasıdır:
"Az sayda olan şagird daha böyük məktəbə gətirilir və orada keyfiyyətli tədrislə təmin edilir. Eyni zamanda, onların sosial mühiti də genişlənir".
Nazir qeyd edib ki, ikinci istiqamət distant təhsil modelidir:
"Altı kiçik məktəbdə şagirdlər yerlərini dəyişmədən müəllim onlayn qaydada dərs keçir. Bu format da özünü doğruldur".
Onun sözlərinə görə, yay aylarında şagird saylarının təhlili başa çatdıqdan sonra bu istiqamətdə işlər davam etdiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yarış keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək













