"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub
Far.Az xəbər saytı

"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub


Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") beynəlxalq DIFI (Digital Intermediate Frequency Interoperability) Konsorsiumuna üzv olub.

"Far.Az" bu barədə agentliyə istinadən xəbər verir.

DIFI Konsorsiumu peyk rabitəsi sənayesində müxtəlif sistemlər və platformaların arasında uyğunluğun artırılması, peyk idarəetmə mərkəzlərinin rəqəmsallaşması, açıq standartların inkişafı və gələcək nəsil peyk rabitə həllərinin təşviqi məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Konsorsiumun tərkibində dünyanın aparıcı peyk operatorları, texnologiya şirkətləri və sənaye iştirakçıları təmsil olunur.

Yeni üzvlük Azərkosmosun innovativ və dayanıqlı rəqəmsal infrastrukturun təşviqi istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bu addım ölkənin rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən strateji təşəbbüsləri dəstəkləyir.

"Azərkosmos"un konsorsiuma üzvlüyü quruma texniki işçi qruplarında iştirak etmək, sənaye standartlarının formalaşdırılması prosesinə töhfə vermək və qlobal peyk rabitəsi ekosistemində beynəlxalq əməkdaşlığı daha da genişləndirmək imkanı yaradacaq. Üzvlük eyni zamanda yeni kommersiya imkanlarının yaradılması, peşəkar təlimlərə çıxış, eləcə də bu sahədə beynəlxalq standartlara cavab verən proqram təminatı və normativ yanaşmaların tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyır.

"Azərkosmos" həmçinin Dünya Teleport Assosiasiyası (WTA), İslam Ölkələri Kosmik Elmlər və Texnologiyalar Şəbəkəsi (ISNET), Qlobal Peyk Operatorları Assosiasiyası (GSOA), Beynəlxalq Astronavtika Federasiyası (IAF) və digər beynəlxalq təşkilatların aktiv üzvüdür.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər