100 illik bina ilə bağlı diqqətçəkən vəziyyət
Damı, eyvanı və pilləkənləri qəzalı vəziyyətdə qalan binanın yalnız fasadı təmir olunur.
Far.Az "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 167 ünvanında yerləşən, yaşı 100-dən çox olan üçmərtəbəli binadan gedir.
Sakinlərin iddiasına görə, söküləcəyi bildirilən binanın fasadında təmir işlərinə başlanılıb.
Əraziyə xidmət göstərən 15 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən sözügedən binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib və bununla əlaqədar müvafiq qurumlara müraciət olunub.
Qurumdan qeyd edilib ki, hazırda binanın fasad hissəsində şəhərin ümumi estetik görünüşünün qorunması məqsədilə cari təmir işləri aparılır.
Mənzil Kommunal İstismar Sahəsi onu da əlavə edib ki, həmin ünvandakı qəzalı binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
"Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda binanın eyvanı uçub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ralf Horlemann: Bakı və İrəvan arasında sülh prosesi regiondakı ən mühüm hadisədir
-
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
Nərimanovda ƏMƏLİYYAT: 42 yaşlı keçmiş məhkum ƏLƏ KEÇDİ
-
Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq
-
DÇ-2026: İsveç Tunislə matçda daha bir qol vurub - YENİLƏNİR-6













