Tramp: İranın zənginləşdirilmiş uranını istədiyimiz vaxt əldə edəcəyik
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-İsrail əməliyyatında məğlub olub, lakin bu, İslam Respublikasında döyüşlərin bitdiyi anlamına gəlmir.
"Report"un məlumatına görə, o, bu açıqlamanı "Full Measure" verilişində Şaril Atkinsonla müsahibəsində verib.
Jurnalistin İrandakı hərbi əməliyyatların bitdiyini əminliklə söyləməyin mümkün olub-olmadığı sualına ABŞ lideri belə cavab verib: "Xeyr, mən bunu demədim. Dedim ki, məğlub olublar, amma bu, o demək deyil ki, bitdi. Daha iki həftə davam edib, hər hədəfi məhv edə bilərdik. Biz ehtimal ki, hədəflərin təxminən 70 %-ni məhv etmişik".
Tramp həmçinin bildirib ki, ABŞ İranın nüvə obyektlərini kosmosdan izləyir və nə vaxtsa İranın zənginləşdirilmiş uranını "əldə etmək" niyyətindədir:
"Onlar hərbi məğlubiyyətə uğrayıblar. Bunu özləri dərk etməyə bilərlər, amma düşünürəm ki, başa düşürlər, çünki mən onlarla məşğulam. Onların liderləri ölüb, A komandası, B komandası və yəqin ki, C komandası da yoxa çıxıb. Biz İranın zənginləşdirilmiş uranını nə vaxtsa, istədiyimiz vaxt əldə edəcəyik".
Eyni zamanda, Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb ki, nüvə fəaliyyətini bərpa etmək üçün hər hansı cəhd olsa, ABŞ Ordusu bu obyektləri partladacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib













