Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb
Far.Az xəbər saytı

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlanıb


Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.

"Far.Az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini oğurlayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər