Rektor: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"
Far.Az xəbər saytı

Rektor: "İnformasiya təhlükəsizliyi ciddi iqtisadi nəticələr doğurur"


İnformasiya təhlükəsizliyi sadəcə texnoloji məsələ deyil, həmdə ciddi iqtisadi nəticələr doğurur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" adlı təlimin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi dayanıqlı iqtisadi inkişafı təmin edən mühüm elementlərindən biridir.

"Texnologiyaların inkişafı getdikcə yeni mübarizə üsullarının ortaya qoyulmasını tələb edir. Belə məqamda süni intellekt əsaslı texnologiyalar təhdidlərin müəyyən olunması və onların gələcək proqnozlaşdırılması ilə bağlı ilə ciddi məqamlar ortaya qoyur. Bu, hücumların həm spesifikasının formalaşması və təyin olunması eyni zamanda onunla mübarizənin kifayət qədər yeni üsulların ortaya çıxmasını tələb edir. Bu istiqamətdə universitetlərin və tədqiqat mərkəzlərinin rolu kifayət qədər artır, onların sənaye və müəssisələrlə daha ciddi əməkdaşlığı zərurəti ortaya çıxır", - deyə rektor qeyd edib.

V. Vəliyev hesab edir ki, informasiya təhlükəsizliyi yönündə Azərbaycanda kadr hazırlığı kifayət qədər artırılmalıdır: "Əsas məqam doktorlar səviyyədə proqramların artırılmasıdır. Çünki biz həmin proqramları daha ciddi həyata keçirmək üçün ilk növbədə öyrədənlərin öryənməsini təmin etməliyik. Bu yöndə qısa və orta müddətli birgə proqramların həyata keçirilməsi mümkün ola bilər. Bu nəticə etibarı ilə universitetlərin bazalarının artırılmasına kömək edəcək.

Digər bir məqam bütün sferalarda elmi tədqiqatların aparılmasıdır. Bunu nəticəsində sənayenin ayrı ayrı strukturlarında - xüsusilə energetika, telekommunikasiya sektorlarında kritik infrastrukturun formalaşdırılması ilə bağlı ciddi məqamlar ortaya çıxmalıdır. Eyni zamanda audit işlərinin aparılması, texnoloji məsələlərin, bu istiqamətdə standartların öyrənilməsi əhəmiyyətlidir".

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin formalaşması üçün maraqlı tərəflərin bir araya gəlməsinin önəmini vurğulayan rektor bu yöndə normativ hüquqi sənədlərin işlənməsi, eyni zamanda praktiki işlərin görülməsi ilə bağlı ciddi məsələlərin olduğunu deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Rektor: “Azərbaycanın ən savadlı tələbələri rəqəmsal sahə ilə bağlı ixtisasları seçirlər”
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər