Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 28-29 may 2026-cı il tarixlərində fəaliyyət göstərəcək.
Bundan əlavə, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri 29 may 2026-cı il tarixində həyata keçiriləcək.
Sahibkarlar qeyd edilən tarixlərdə müvafiq xidmətlərdən yararlanmaq üçün iş günlərində olduğu kimi aidiyyəti üzrə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilmə qaydası AÇIQLANDI
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qobustanda ağır qəza: Ölən var
-
Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
-
Balakəndə sel: 400-dən çox ev su altında qaldı
-
AZAL yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu həyata keçirib













