ABŞ bahalaşmaya görə yanacaq vergisini müvəqqəti ləğv edib
Far.Az xəbər saytı

ABŞ bahalaşmaya görə yanacaq vergisini müvəqqəti ləğv edib


ABŞ qiymətlərin sürətlə artması səbəbindən yanacaq üzrə federal vergilərin yığılmasını dayandıracaq.

"Far.Az" xəbər verir ki, bu məlumatı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində təsdiqləyib.

Bu qərarın nə qədər qüvvədə qalacağı ilə bağlı suala Amerika lideri belə cavab verib: "Nə qədər ki, bu məqsədəuyğun olacaq. İranla bağlı bütün bunlar bitən kimi benzin və neftin qiymətinin daş kimi aşağı düşəcəyini görəcəksiniz".

Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı dünya enerji bazarının yenidən bölüşdürülməsinə və onun yenidən Birləşmiş Ştatlardan neft alışına istiqamətlənməsinə səbəb olub. Bununla yanaşı, o dəqiqləşdirib ki, Tehranla Vaşinqton arasındakı münaqişə Hörmüz boğazının blokadasına və enerji ehtiyatlarının tədarükü ilə bağlı problemlərə gətirib çıxarıb. Bu, Yaxın Şərqdəki idxalçıları başqa tədarük mənbələri axtarmağa məcbur edib və qazanan ABŞ olub.

Xatırladaq ki, ABŞ-da benzinin qiyməti mayın 10-na olan vəziyyətə görə hər qallon (3,78 l) üçün 4,52 dollar təşkil edərək artıq 2022-ci ildən bəri olan dövr üçün maksimuma yüksəlib. Bununla belə, amerikalı mütəxəssislər ehtimal edirlər ki, münaqişə nisbətən tez başa çatsa belə, ABŞ-də yanacağın qiymətləri yavaş tempdə aşağı düşəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər