"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ikinci günü medalsız başa vurublar - YENİLƏNİB-2
Far.Az xəbər saytı

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ikinci günü medalsız başa vurublar - YENİLƏNİB-2


Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində ikinci günü medalsız başa vurublar.

"Far.Az" xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal görüşündə Monqolustan cüdoçusu Anxzaya Lavjarqala məğlub olub.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda yarışacaq.

"Far.Az" xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı məğlub edən cüdoçu 1/4 final mərhələsində özbəkistanlı Nizomeddinxujo Toşpulatovdan üstün olub.

Rəşid yarımfinalda Fabio Basileyə uduzub. Onun bürünc medal uğrunda yarışdakı rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Azərbaycanın iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə qoşulacaq.

"Far.Az"un məlumatına görə, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə sözügedən mərhələdə almaniyalı Miriam Butkereytlə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB
"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Global Media Group şahmat turniri təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər