27 dərəcə isti olacaq
Azərbaycanda mayın 9-da 27 dərəcə isti gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-18° isti olacaq.
Oxşar xəbərlər
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram və istirahət günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aysel Yaqubova: "Regional əməkdaşlıq Azərbaycanın enerji keçidinin əsas amilidir"
-
Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib
-
Ukraynada müharibənin başlanğıcından bəri ilk dəfə hərbçilərin tərxis olunacağı elan edilib
-
Cəmiyyət Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
-
İsDB-nin 51-ci illik toplantısı çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq













