Epşteyn işi ilə bağlı Norveçdə yaradılan komissiyaya 2,2 milyon dollar büdcə ayrılacaq
Far.Az xəbər saytı

Epşteyn işi ilə bağlı Norveçdə yaradılan komissiyaya 2,2 milyon dollar büdcə ayrılacaq


Amerikalı maliyyəçi Ceffri Epşteyn ilə bağlı işin araşdırılması üzrə Norveç komissiyası xərclər üçün 22 milyon Norveç kronu (təxminən 2,4 milyon dollar) alacaq.

"Far.Az" xəbər verir ki, bu barədə NRK yazıb.

Komissiyaya "Dagens Næringsliv" qəzetinin keçmiş baş redaktoru və baş direktoru Amund Cuve rəhbərlik edəcək.

Komandaya, digərləri ilə yanaşı, sədr müavini vəzifəsini tutacaq hakim Kyersti Buun Nyuqaard, Norveç Müdafiə Kəşfiyyat Xidmətində iş təcrübəsi olan vəkil Huqo-A. B. Munte Kaas, İsveç diplomatı və baş məsləhətçi Aksel Vernhoff daxil olacaq.

Aprel ayında Norveç parlamenti bu komissiyanın yaradılmasını təsdiqləyib.

İş üzrə yekun hesabatın 2028-ci il yanvarın 31-dək təqdim edilməsi planlaşdırılır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Dövlət Xidmətində yüksək vəzifəyə yeni TƏYİNAT
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər