İshaq Dar və Van İ İranla ABŞ arasında dialoqun qurulması səylərini müzakirə ediblər
Far.Az xəbər saytı

İshaq Dar və Van İ İranla ABŞ arasında dialoqun qurulması səylərini müzakirə ediblər


Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar və Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı İslamabadın İran və ABŞ arasında dialoqun qurulması istiqamətində səylərini müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

"Tərəflər son regional hadisələr və Pakistanın İran və ABŞ arasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və sabitliyin təmin edilməsinə yönəlmiş dialoqun qurulması istiqamətində davam edən səyləri barədə ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda deyilir.

Van İ Pakistanın konstruktiv vasitəçilik roluna bir daha minnətdarlığını və dəstəyini ifadə edib.

Hər iki tərəf davamlı atəşkəs rejiminin qorunub saxlanılmasının və Hörmüz boğazı vasitəsilə normal gəmiçiliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin planlaşdırılan yüksək səviyyəli təmaslar, Pakistan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə tədbirlər, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələr saxlamaq barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.01.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər