Ukrayna Bəhreyndə səfirlik açacaq
Far.Az xəbər saytı

Ukrayna Bəhreyndə səfirlik açacaq


Ukrayna Bəhreyn Krallığının paytaxtı Manamada səfirlik açmaq qərarını elan edib.

"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəhreynli həmkarı Əbdüllətif bin Rəşid əz-Zəyani ilə görüşün yekunlarına dair teleqram kanalında yazıb.

"Prezident Volodimir Zelenskinin Bəhreynə səfəri çərçivəsində həmkarım doktor Əbdüllətif əz-Zəyani ilə ikitərəfli görüş keçirməkdən məmnun oldum", - A.Sibiqa bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna Manamada səfirlik açmaq qərarını elan edib. "Biz həmçinin Ukrayna və Bəhreynin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Bunlar daha güclü və strukturlaşdırılmış tərəfdaşlığa doğru konkret addımlardır", - A.Sibiqa deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2023-cü ildə Bəhreyn nazirinin Ukraynaya ilk səfərindən sonra son illərdə real irəlləyiş əldə etmiş ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Ukraynalı nazirin sözlərinə görə, hazırkı danışıqlar regional təhlükəsizliyə yönəlib: "Ukrayna İranın məsuliyyətsiz, sabitliyi pozan hərəkətləri qarşısında Bəhreyn və digər Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ölkələri ilə həmrəyliyini ifadə edir".

A.Sibiqa vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət xüsusi diqqət tələb edir, çünki qlobal enerji təhlükəsizliyinin və beynəlxalq bazarların sabitliyinin təməli kimi gəmiçilik azadlığı təmin edilməlidir. "Biz beynəlxalq təşkilatlarda koordinasiyanı gücləndirmək, ərzaq təhlükəsizliyi və tədarüklərin sabitliyi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik", - o vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna praktiki həllər təklif etməyə, xüsusən təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi sahəsində təcrübəsini bölüşməyə hazırdır.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər