Meksika MKİ-nin öz ərazisindəki əməliyyatlarda iştirakını təkzib edib
Far.Az xəbər saytı

Meksika MKİ-nin öz ərazisindəki əməliyyatlarda iştirakını təkzib edib


Meksika hakimiyyəti ölkə ərazisində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ya hər hansı digər xarici qurumlar tərəfindən gizli və güc əməliyyatlarının həyata keçirilməsi ehtimalını qətiyyətlə təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Xarfuş "X" sosial şəbəkəsində bildirib.

"Tekamakda (Mexiko ştatı) partlayışla bağlı MKİ-nin narkokartellərə qarşı əməliyyatlarda guya iştirakından bəhs edən versiyaya gəldikdə Meksika hökuməti milli ərazidə xarici xüsusi xidmət orqanlarının ölümcül, məxfi və ya birtərəfli əməliyyatlarının həyata keçirilməsini normallaşdırmağa, qanuniləşdirməyə və ya buna işarə etməyə yönəlmiş hər hansı təfsiri birmənalı şəkildə rədd edir", - qurum rəhbəri bildirib.

Xarfuş qeyd edib ki, ölkə daxilindəki bütün operativ tədbirlər yalnız səlahiyyətli Meksika strukturları tərəfindən həyata keçirilir. O bildirib ki, Birləşmiş Ştatlarla qarşılıqlı fəaliyyət, həqiqətən də, aparılır və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən narkotik maddələrin müsadirə edilməsi və cinayətkar ünsürlərin saxlanılması sahəsində nəzərəçarpacaq nailiyyətlər nümayiş etdirir. Lakin bu cür tərəfdaşlıq müstəsna olaraq "suverenliyə hörmət, bölüşdürülmüş məsuliyyət, qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlıq" prinsipləri əsasında qurulur.

"Bütün beynəlxalq qarşılıqlı fəaliyyət, ilk növbədə, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası vasitəsilə Meksika hökuməti tərəfindən təsdiq edilmiş məlumat mübadiləsi, qurumlararası koordinasiya və rəsmi mexanizmlərlə məhdudlaşır", - nazir yekunlaşdırıb.

Daha əvvəl CNN telekanalı mənbələrə istinadən iddia etmişdi ki, MKİ-nin xüsusi bölməsi Meksikada narkokartel üzvlərinin fiziki məhvi üzrə məxfi əməliyyat həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər