Rusiyanın bölgəsində təxliyə elan edilib
Rusiyanın Yakutia bölgəsində daşqın təhlükəsi səbəbindən iki yaşayış məntəqəsində təcili təxliyə elan olunub.
Far.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Lena çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Vitim və Peledoy qəsəbələrinin sakinləri təhlükəli ərazilərdən çıxarılır.
Əhaliyə evləri tərk edərkən qaz və elektrik xətlərini söndürmək, sənədlərini, pul vəsaitlərini, isti geyimləri, dərmanları, mobil telefon enerji yığma cihazlarını, eləcə də su və ərzaq ehtiyatı götürmək tövsiyə olunub.
Bildirilir ki, Nyurba, Vilyuy, Lensk və Olyokminsk rayonlarında da subasma riski yüksək olaraq qalır. Vitim və Peledoyda suyun səviyyəsi kritik həddi keçib.
Məlumata əsasən, Peledoy qəsəbəsində 20 yaşayış evi su altında qalıb. Təhlükəli zonadan 37 nəfər təxliyə edilib ki, onların da 14-ü uşaqdır.
Oxşar xəbərlər
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB













