"Avroviziya-2026"da II yarımfinalda Azərbaycan sabah çıxış edəcək - SİYAHI
Far.Az xəbər saytı

"Avroviziya-2026"da II yarımfinalda Azərbaycan sabah çıxış edəcək - SİYAHI


"Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı 14 may 2026-cı il tarixində Vyanada keçiriləcək. Bu, cümə axşamı gününə təsadüf edir. Musiqi yarışı 16 min tamaşaçı tutumuna malik "Wiener Stadthalle" arenasında baş tutacaq.

Far.Az modern.az-a istinadən xəbər verir ki, ikinci yarımfinalda da 15 ölkənin nümayəndələri mübarizə aparacaq. Səsvermə hüququna bu yarımfinalda iştirak edən ölkələr, həmçinin Avstriya, Böyük Britaniya və Fransa malik olacaq. Bundan əlavə, yarışmada iştirak etməyən, lakin "Qalan dünya" adı altında birləşdirilən region da səs verəcək.

Qeyd edək ki, 14 mayda Azərbaycanı "Avroviziya 2026" müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək. Onun ifa edəcəyi mahnı "Just Go" adlanır.

İştirakçıların çıxış sırası belədir:

Bolqarıstan

Azərbaycan

Rumıniya

Lüksemburq

Çexiya

Ermənistan

İsveçrə

Kipr

Latviya

Danimarka

Avstraliya

Ukrayna

Albaniya

Malta

Norveç

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
"Avroviziya 2026": Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər