Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb.
WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib. Festival proqramı iki əsas hissədən ibarət olub. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində WUF13 mövzusunda məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalar çərçivəsində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar həyata keçirilib. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri kimi aktual mövzular geniş auditoriyaya təqdim edilib.
Festival iştirakçıları həmçinin WUF13-ün əsas ideyaları və beynəlxalq əhəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Müxtəlif yaş qruplarını əhatə edən tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şəhər sakinlərinə gələcəyin yaşayış məkanları ilə bağlı yeni baxış bucağı qazandırıb.
WUF13 şəhər festivalları ölkə üzrə geniş ictimai iştirakçılığı təmin etməklə yanaşı, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması istiqamətində maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır













