Biləsuvarda məscidin qarşısında insident: Borcunu istəyən ustanı güllələdi
Biləsuvar sakininə odlu silahla xəsarət yetirilib.
Far.Az apa-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından odlu silah xəsarəti alıb. O, rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.
Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Far.AzOxşar xəbərlər
Biləsuvarda ustaya atəş açılıb, saxlanılan var
Qusar sakini odlu silahla qətlə yetirilib
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib
Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb
-
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
-
Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.10.2024)
-
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik
-
Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edəcək