Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb - YENİLƏNİB
Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər Prokurorluğundan "Far.Az"a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Far.Az”a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Cinayət əməlini törətməkdə N.Çıraqovanın övladı, 2003-cü il təvəllüdlü Çıraqov Rəşad Xalid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Mingəçevirdə 21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanılıb
Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin DETALLARI - YENİLƏNİB
Azərbaycanda 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb













