Milli Məclisin sədri Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Far.Az xəbər saytı

Milli Məclisin sədri Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb


Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə "Far.Az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin dərinləşməsində iki ölkənin dövlət başçılarının rolu xüsusi vurğulanıb. Tərəflər Azərbaycan və Özbəkistan prezidentlərinin yüksək siyasi iradəsi sayəsində münasibətlərin daha da genişləndiyini, strateji tərəfdaşlığın məzmun etibarilə yeni mərhələyə yüksəldiyini və hazırda ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu bildiriblər.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Parlamentlərimizin həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Qanunvericilik orqanlarının rəhbərləri və deputatlar səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlər bu sahədə münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Görüşdə həmçinin, İkinci Asiya Qadınlar Forumunun dost və qardaş ölkə Özbəkistanda yüksək səviyyədə təşkil olunduğu qeyd edilərək, bu tədbirin qadınların siyasi, iqtisadi, ictimai həyatda daha fəal iştirakının təşviqinə yönəlmiş təşəbbüslərin daha geniş platformada həyata keçirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər