Aİ-nin ənənəvi "Avropa şəhərciyi" bu il Gəncədə keçiriləcək
Avropa İttifaqının (Aİ) ənənəvi "Avropa şəhərciyi" tədbiri bu ilin iyun ayında Gəncə şəhərində keçiriləcək.
"Far.Az" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Avropa Günü münasibətilə keçirilən tədbirdə bildirib.
"Bizim ənənəvi "Avropa şəhərciyi" tədbirimiz bu ilin iyun ayında gözəl Gəncə şəhərində keçiriləcək. Mən hər birinizi bu tədbirə dəvət etmək istərdim və ümid edirəm ki, bir neçə həftədən sonra hamımız orada görüşəcəyik", - səfir bildirib.
O qeyd edib ki, bu il Azərbaycan və Aİ üçün xüsusilə əhəmiyyətlidir, çünki tərəflər etimada, sabitliyə və ümumi rifaha əsaslanan tərəfdaşlığın 30 illiyini qeyd edirlər.
O, Ukraynaya göstərilən humanitar yardıma görə də Azərbaycana təşəkkür edib.
Səfir vurğulayıb ki, Aİ Avropanın hüdudlarından kənarda sülhün, sabitliyin və beynəlxalq hüququn dəstəklənməsini öz təhlükəsizliyinin vacib bir hissəsi kimi nəzərdən keçirir. Onun sözlərinə görə, məhz buna görə Aİ Cənubi Qafqazın sabitliyini və rifahını təhlükəsizlik baxımından vacib, tərəflərin gələcəyini isə qarşılıqlı əlaqəli hesab edir.
O qeyd edib ki, Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini, o cümlədən Aİ-nin artıq ən böyük donor olduğu nəqliyyat infrastrukturunun inkişafı və minatəmizləmə təşəbbüsləri vasitəsilə dəstəkləməyə davam edəcək.
Kuyundziç həmçinin bildirib ki, Naxçıvanda İran pilotsuz uçuş aparatı ilə bağlı baş vermiş son insidentdən sonra Aİ Bakıya birmənalı dəstəyini ifadə edib. Onun sözlərinə görə, bu hadisədən qısa müddət sonra Aİ Şurasının sədri Antonio Koşta Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edərək Bakıya səfər edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













