Rəfiyev: Azərbaycan və Aİ-nin "yaşıl enerji" sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir
Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq çərçivəsində bərpa olunan energetika sahəsi xüsusi əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Avropa Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın təbii qazı 16 ölkəyə, o cümlədən Aİ-nin üzvünə tədarük edilir. 2025-ci ildə Avropaya təqribən 13 milyard kubmetr Azərbaycan qazı ixrac olunub. O qeyd edib ki, bu il Avstriya və Almaniyaya tədarüklərin başlanması Azərbaycanın Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm tərəfdaş rolunu bir daha təsdiqləyir.
"Bununla belə, bizim əməkdaşlığımız yalnız təbii qazın ixracı ilə məhdudlaşmır. Perspektivdə bərpa olunan energetika və "yaşıl" bağlantılar sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Xəzər regionundan Qara dəniz vasitəsilə Avropaya enerji dəhlizləri layihələri üzərində iş yeni və perspektivli imkanlar açır", - o bildirib.
Azərbaycanın xarici işlər nazirinin müavini həmçinin nəqliyyat əlaqələrinin mühüm istiqamət olaraq qaldığını qeyd edərək əlavə edib ki, ölkənin geostrateji mövqeyi nəqliyyat dəhlizlərini əməkdaşlıq və inkişaf üçün səmərəli alətə çevirib.
Bu kontekstdə o, Orta Dəhlizi, Bakı Limanını, Bakı-Tbilisi-Qars dəmir yolunu, eləcə də gələcək layihələri, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bağlı istiqamətləri xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüslər regionun Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş coğrafi məkanlar arasında əlaqələndirici həlqə rolunu gücləndirəcək.
Rəfiyev həmçinin dayanıqlı inkişafa, regional sabitliyə və qarşılıqlı bağlılığa yönəlmiş təşəbbüslərin vacibliyini qeyd edib.
Sonda o, Azərbaycanla Aİ arasında əməkdaşlığın müasir, balanslaşdırılmış və gələcəyə yönəlmiş əsasını formalaşdırmalı olan yeni tərəfdaşlıq prioritetləri və yeni ikitərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













