"Sumqayıt" AFFA İntizam Komitəsinin kluba qarşı qərəzli olduğunu iddia edir
"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyini düşünmür və onlara qarşı qərəz olduğunu əsas gətirərək Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.
Bu barədə "Far.Az"a "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev açıqlama verib.
O, apellyasiya şikayəti vermək fikirlərinin olmadığını söyləyib:
"Çünki bundan əvvəl də dəfələrlə İntizam Komitəsinin qərarlarından apelyasiya şikayəti vermişik. Hətta onlar sonuncu dəfə bizə açıq-aşkar bildirdilər ki, sizin şikayətinizə baxmaq, toplaşmaq üçün vaxtımız yoxdur. Saşa İliçə "Şamaxı" ilə matçda yaşananlara görə 4 oyunluq cəza verilmişdi. Həmin vaxt bizə belə cavab vermişdilər. Bu səbəbdən düşünürük ki, apellyasiya şikayəti verməyin heç bir mənası yoxdur. Onsuz da İntizam Komitəsi bizə qarşı daim qəzərli davranıb. Biz də bunu belə qəbullanmışıq".
Xatırladaq ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXX turunda "Kəpəz"lə oyunda yaşananlara görə "Sumqayıt"ı 10 min manat cərimələyib. "Kimyaçılar" klub prezidenti Riad Rəfiyev matçdan sonra hakimlər otağına daxil olduğu üçün 5000, baş məşqçi Saşa İliç sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə aldığına görə eyni məbləğdə ziyana düşüb.
Oxşar xəbərlər
"Sumqayıt" rəsmisi: "Qərarın dəyişəcəyini gözləmədiyimiz üçün apellyasiya şikayəti verməyəcəyik"
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Lənkəran təmsilçisinin şikayətini qismən təmin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













