İsrail ordusunun Beyruta zərbəsi nəticəsində 8 nəfər ölüb
Far.Az xəbər saytı

İsrail ordusunun Beyruta zərbəsi nəticəsində 8 nəfər ölüb


İsrail Müdafiə ordusunun Livanın paytaxtı Beyrutun şəhərətrafı ərazisinə endirdiyi zərbə nəticəsində 8 nəfər ölüb.

"Far.Az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, magistral yolda avtomobillərə üç aviazərbə endirilib. Zərbə endirilən avtomobillərdə "Hizbullah" qruplaşmasının üzvlərinin olub-olmadığı hələ ki məlum deyil.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2500-ü keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər