BMT-də keçirilən İİV/QİÇS üzrə yüksək səviyyəli dinləmədə Azərbaycanın təcrübəsi təqdim edilib
Far.Az xəbər saytı

BMT-də keçirilən İİV/QİÇS üzrə yüksək səviyyəli dinləmədə Azərbaycanın təcrübəsi təqdim edilib


BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən İİV/QİÇS-lə bağlı yüksək səviyyəli çoxtərəfli dinləmədə Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb.

"Report" xəbər verir ki, dinləmədə Milli Məclisin deputatı, Parlamentarilərin Qlobal Səhiyyə Koalisiyasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə həmsədri Pərvanə Vəliyeva iştirak edib.

P.Vəliyeva tədbirdə Vərəm və İİV/QİÇS üzrə Parlamentarilərin Platformasını təmsil edib.

Deputat çıxışı zamanı bildirib ki, dünya İİV-lə qlobal mübarizə sahəsində mühüm mərhələyə qədəm qoyub və bu görüşdə qəbul ediləcək qərarlar gələcək illər ərzində milli planlaşdırma və icra proseslərinə ciddi təsir göstərəcək. O vurğulayıb ki, sağlam və dayanıqlı şəhərlər ictimai səhiyyənin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

Həmsədr qeyd edib ki, Azərbaycan inklüziv şəhər inkişafı ilə əlçatan səhiyyə xidmətlərinin bir-birini tamamlamalı olduğuna inanır və Azərbaycan İİV xidmətlərinə çıxışı genişləndirən "Fast-Track Cities" təşəbbüslərini dəstəkləməklə yanaşı, insan mərkəzli və dayanıqlı şəhər siyasətlərini fəal şəkildə təşviq edir.

Həmçinin bildirib ki, qlobal maliyyələşdirmə mühitində baş verən dəyişikliklər fonunda əsas məsələ İİV-lə mübarizə sisteminin necə daha dayanıqlı, milli əsaslı və davamlı hala gətirilməsidir. Onun sözlərinə görə, vərəm və İİV-lə mübarizədə inteqrasiya olunmuş yanaşma həm səmərəli, həm də dayanıqlı həll yoludur.

Deputat parlamentlərin qanunvericilik, büdcə və hesabatlılıq mexanizmləri vasitəsilə siyasi bəyannamələrin real fəaliyyətə çevrilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Oxşar xəbərlər

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər