Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi
e.l.f Cosmetics-in təsisçi ortaqlarından biri olan Skott-Vinsent Borba milyard dollarlıq biznes və Hollywood həyatını geridə qoyaraq Katolik rahibi olmağa hazırlaşır.
Far.Az xəbər verir ki, kozmetika dünyasında sürətlə yüksələrək e.l.f Cosmetics-i qlobal brendə çevirən e.l.f Cosmetics-in həmtəsisçilərindən Scott-Vincent Borba həyatında radikal dəyişiklik edib. O, Holivudun lüks həyat tərzindən imtina edərək dini həyata yönəlib.
Borba bir vaxtlar Paris Hilton və Kim Kardaşian kimi məşhurlarla eyni çevrədə olub, dəbdəbəli tədbirlər və partilərdə iştirak edib.
Keçmiş sahibkar verdiyi açıqlamada həyatının dönüş nöqtəsinin bir partiyadan sonra başladığını bildirib. Onun sözlərinə görə, həmin dövrdə daxili boşluq hissi artıb və bu, onu mənəvi axtarışa yönəldib.
O qeyd edib ki, yaşadığı təcrübədən sonra sərvətini bağışlamağa qərar verib və dini seminariyaya daxil olub.
Hazırda ABŞ-nin Kaliforniya ştatında yerləşən seminariyada yaşayan Borbanın 23 mayda Fresno Yeparxiyası tərəfindən Katolik rahibi kimi təyin olunması gözlənilir.
Beləliklə, bir zamanlar milyard dollarlıq kosmetika imperiyasının simalarından biri olan sahibkar tamamilə fərqli bir həyat yoluna qədəm qoymuş olacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
WUF13 rəsmisi: Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir













