Ağdaşda Region Gənclərinin Məşğulluq Forumu keçirilib
Ağdaşda Region Gənclərinin Məşğulluq Forumu keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, forum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
Tədbirin məqsədi regionlarda yaşayan gənclərə müasir və gələcək yönümlü peşələrin tanıdılması, xaricdə təhsil və inkişaf imkanları barədə düzgün məlumatın verilməsi və fərdi istedadların aşkarlanaraq onların inkişaf etdirilməsi yollarını aşılamaq olub.
Tədbirdə çıxış edən Ağdaş rayon icra hakimiyyətinin başçısı Orxan Hüseynzadə bildirib ki, region gənclərinin məşğulluğunun artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, qeyd edib ki, gənclərin düzgün peşə seçimi etmələri, müasir bacarıqlara yiyələnmələri və öz potensiallarını reallaşdırmaları üçün bu kimi platformalar mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Sahib Alıyev çıxışında qeyd edib ki, regionlarda yaşayan gənclərin keyfiyyətli təhsil, peşə hazırlığı və karyera imkanlarına çıxışının genişləndirilməsi onların gələcək uğurlarında mühüm rol oynayır. Deputatın sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən layihələr, məşğulluq proqramları və maarifləndirici təşəbbüslər onların əmək bazarına daha hazırlıqlı daxil olmalarına xidmət edir.
Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, son dövrlər müşahidə olunan süni intellekt, avtomatlaşdırma və rəqəmsallaşma bir tərəfdən bəzi ənənəvi peşələri dəyişir, digər tərəfdən isə tamamilə yeni imkanlar yaradır və Agentlik də öz fəaliyyətində bu tendensiyaları nəzərə alır.
"Bu gün əmək bazarında işəgötürənlər ali təhsilli kadrlarla yanaşı, analitik düşüncə, rəqəmsal bacarıqlar, ünsiyyət qabiliyyəti, çeviklik və ömürboyu öyrənmə bacarığı olan insanlara üstünlük verirlər. Bu səbəbdən gənclərimiz peşə seçərkən yalnız bu günün deyil, sabahın əmək bazarını da nəzərə almalıdırlar. Dövlət Məşğulluq Agentliyi olaraq bizim əsas məqsədimiz də gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək verməkdir", - o vurğulayıb.
Daha sonra forum panel müzakirəsi ilə davam etdirilib.
Paneldə H.Abbasov "Əmək və məşğulluq siyasəti və gənclərin əmək bazarına keçidi", Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Gələcəyin əmək bazarında bərpa olunan enerji mənbələrinin rolu", Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə "Aqrar innovasiyalar və region gəncləri üçün karyera imkanları" mövzularında çıxış ediblər.
Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənib.
Qeyd edək ki, forum çərçivəsində gənclər üçün peşə və məşğulluq yarmarkası təşkil olunub, müasir peşələrlə bağlı tanıtım stendləri qurulub, eləcə də region gənclərinin uğur hekayələrini əks etdirən sərgi təqdim edilib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI













