Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksində dəyişikliklər edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər korrupsiyanın qarşısının alınması və hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərlə bağlıdır.
Yeni qərara əsasən, maddi və sair nemət, imtiyaz və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməli, maddi və sair nemətləri gömrük orqanına akt üzrə təhvil verməlidir.
Həmçinin, gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir.
Daha əvvəl əməkdaş hər iki halda bilavasitə rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi.
Məlumat üçün bildirək ki, gömrük orqanı əməkdaşları dedikdə Dövlət Gömrük Komitəsinin Aparatı və strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslər, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlar nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun bununla bağlı aprelin 24-də imzalanan müvafiq qərarı mayın 6-dan qüvvəyə minib.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Bakıda Qlobal Cənub QHT-lərinin Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir













