Vens: Xarici terrorçular ABŞ büdcəsindən vəsait əldə etmiş ola bilərlər
Xarici terror qrupları ABŞ büdcəsindən saxta sxemlər vasitəsilə vəsait əldə etmiş ola bilərlər.
"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xarici qurumların və terror təşkilatlarının bu resurslar vasitəsilə varlandığı hallar qeydə alınıb.
Vens qeyd edib ki, ABŞ-dəki qanunsuz immiqrantlar saxtakarlıqla dövlət yardımı əldə ediblər və sonra bu vəsaitləri Vaşinqtonun da terror təşkilatları hesab etdiyi Latın Amerikasındakı narkotik kartellərinə yönəldiblər.
"Bu, anlaşılmazdır: vergilər ödəyirsiniz və bu vəsaitlər terrorçulara gedir", - o əlavə edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə saxtakarlıqla mübarizə üçün Cey Di Vensin məsuliyyət daşıyacağını açıqlayıb.
Oxşar xəbərlər
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
Jorji Jezuş "Əl-Nəsr"dən ayrılmaq qərarına gəlib
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
"Telegraph": Starmer könüllü olaraq istefa verə bilər
-
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
-
FT: Starmerin istefası üçün edilən cəhdlər Britaniyada dövlət aparatını iflic edə bilər













