TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək - RƏY
Far.Az xəbər saytı

TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək - RƏY


Türk Dövlətləri Təşkilatı (TDT) bütün sahələrdə olduğu kimi, qeyri hökumət təşkilatlarının birgə işində də (QHT) əməkdaşlığı gücləndirəcək.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Türküstana səfəri çərçivəsində çox mühüm, vacib görüşlər keçirərək, olduqca vacib bəyanatlar verib. "Bəyanatların əsas məqsədi türk dövlətləri arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsidir. Bu gün TDT-yə üzv ölkələr arasında əməkdaşlıq inkişaf edir", - C. Məmmədov vurğulayıb.

Deputat qeyd edib ki, bu əməkdaşlıqlar siyasi, hərbi, mədəni sahədə əməkdaşlıq önəmli məsələlərdəndir:

"İlham Əliyevin çıxışında səsləndirdiyi çox mühüm mesaj TDT-nin QHT fəaliyyəti və bu istiqamətdə atılan addımlardır.

Azərbaycan Naxçıvandan başlayaraq, mühüm bir mərhələnin əsasını qoyub və bu istiqamətdə proseslər məhz Bakının bilavasitə təşəbbüsü ilə daha da irəli getməyə başlayıb".

C. Məmmədov qeyd edib ki, QHT-lər arasında əlaqələrin inkişafı prioritet bir məsələ kimi qarşıda durur və bu məqsədlə türk dövlətlərinin QHT-si yaradılıb. Bu məqsədlə Bakıda və bölgələrdə müxtəlif görüşlər keçirilib. "Bütün bunlar İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan bu prosesə mühüm töhfəsini verir", o bildirib və əlavə edib ki, Bakı bu istiqamətdə əlaqələrin inkişafını önəmli sayır, buna görə də QHT-lər də bu yöndə əməkdaşlıq etməlidirlər.

O həmçinin bildirib ki, bu gün TDT üzvləri arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur və bu, QHT-lər arasında xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər