İbrahim Həsənov U-17 Avropa çempionatının finalına yüksəlib
Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatının altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.
"Far.Az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, İbrahim Həsənov (51 kq) ukraynalı Boqdan Kazakov (10:0), rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya (10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib.
İbrahim həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.
Tunar Həsənov (45 kq) gürcüstanlı Mkrtiç Canamyanı (3:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka (0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra Eldemirlə güləşəcək.
Vahid Məmmədov (60 kq) ispaniyalı Samvel Qorqyana tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar Quliyev (71 kq) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15) uduzub.
Elgün Kərimli (92 kq) ermənistanlı Artur Mkrtçyana (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb – 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycanın üç sərbəst güləşçisi U-17 Avropa çempionatında finala yüksəlib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













