Bakıda “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksəksəviyyəli tədbir keçiriləcək
Qlobal Standartlar Simpoziumu (GSS-24) və Ümumdünya Standartlaşdırma Assambleyasının (WTSA-24) iştirakçıları bu il noyabr ayında Bakıda keçiriləcək “Yaşıl dünya naminə rəqəmsal fəaliyyət” yüksəksəviyyəli tədbirində iştiraka dəvət olunublar.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Tədbir nazirliyin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq.
Oktyabrın 14-15-də Hindistanın Nyu-Dehli şəhərində keçirilən GSS-24 və WTSA-24 tədbirlərində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən rəqəmsal inkişaf və nəqliyyat nazirin müavini Şahin Babayev texnologiyalar, innovasiyalar sahəsində ölkədə görülən işlər, layihələr, rəqəmsallaşma və innovasiya sahəsində digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafından danışıb.
Məlumata görə, dörd ildən bir BTİ-yə üzv olan 194 ölkədən nümayəndələrin iştirakı ilə keçirilən WTSA-24 konfransı telekommunikasiya/İKT-nin inkişafı üçün standartları müəyyən edir, həmçinin BTİ-nin Telekommunikasiya üzrə Standartlaşdırma Bürosunun fəaliyyətinin gələcək istiqamətlərini təsbit edir.
Konfrans çərçivəsində bu xüsusda daha əvvəl qəbul edilmiş müvafiq qətnamə və tövsiyə sənədlərinə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur. Konfrans informasiya və kommunikasiya texnologiyalarının (İKT) qlobal infrastrukturunda müəyyənedici elementlər kimi çıxış edən beynəlxalq standartları hazırlamaq üçün dünyanın hər yerindən sahə üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













