Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" Futbol Klubuna yüksək mükafatları təqdim etdik.
"Report" xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkə hesabında yazıb.
"Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən "Sabah" klubunu ürəkdən təbrik edirəm", - paylaşımda qeyd olunub.
R. Nəcəf bu il Azərbaycan çempionatında yüksək nəticələr göstərərək ölkəni avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara qarşıdakı yarışlarda parlaq qələbələr arzulayıb.
Qeyd edək ki, futbol üzrə Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan "Sabah" komandası bu gün mükafatlandırılıb.
Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” Futbol Klubuna yüksək mükafatları təqdim etdik.
— Rovshan Najaf (@RovshanNajaf) May 17, 2026
Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən “Sabah” klubunu… pic.twitter.com/6E5Dwl3OII
Oxşar xəbərlər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Sabah" komandası mükafatlandırılıb
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Qalibaf: Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur
-
Latviya Prezidenti Baş nazir vəzifəsinə müxalif deputatın namizədliyini irəli sürüb
-
İran: ABŞ və İsrail münaqişədən sonra raketlərin yerini doldurmaqda problem yaşayacaqlar













