Konor Makqreqor UFC-yə qayıdır: Holloueylə revanş döyüşü keçiriləcək
Far.Az xəbər saytı

Konor Makqreqor UFC-yə qayıdır: Holloueylə revanş döyüşü keçiriləcək


Keçmiş UFC çempionu Konor Makqreqor uzun fasilədən sonra yenidən oktaqona çıxmağa hazırlaşır. İrlandiyalı döyüşçü "UFC 329" turniri çərçivəsində amerikalı Maks Holloueylə qarşılaşacaq.

Far.Az-in məlumatına görə, bunu UFC prezidenti Dana Uayt açıqlayıb.

Bu, Makqreqor və Hollouey arasında ikinci duel olacaq. Döyüşçülər ilk dəfə 2013-cü ildə keçirilən "UFC Fight Night 26" turnirində üz-üzə gəliblər. Həmin qarşılaşmada hakimlərin yekdil qərarı ilə qələbəni Konor Makqreqor qazanmışdı.

13 ildən sonra tərəflər revanş döyüşündə yenidən qarşılaşacaqlar. Görüş iyulun 11-də Las-Veqasdakı "T-Mobile Arena"da təşkil olunacaq. Döyüş yarımorta çəki dərəcəsində – 77 kiloqrama qədər keçiriləcək.

Makqreqor qarşılaşma öncəsi artıq sosial şəbəkələrdə rəqibinə qarşı sərt açıqlamalar verməyə başlayıb. O, Holloueyin paylaşımına münasibət bildirərək, "Səni yenə hamının qarşısında rüsvay edəcəyəm" sözlərini yazıb.

Maks Hollouey isə cavabında "Hər şey şənbə gecəsi bəlli olacaq" deməklə kifayətlənib.

Makqreqor – Hollouey qarşılaşması "UFC 329" turnirinin əsas döyüşü olacaq. Gecənin əsas kartında digər maraqlı görüşlər də nəzərdə tutulub. Yüngül çəkidə Benua Sen-Deni ilə Peddi Pimblett, ən yüngül çəkidə isə Kori Sendhagenlə Mario Bautista qarşılaşacaq.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Global Media Group şahmat turniri təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər