UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib
Far.Az xəbər saytı

UN-Habitat Assambleyasının prezidenti: Bakı WUF13 dövründə dünya paytaxtına çevrilib


Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə dünya paytaxtına çevrilib.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13-ün açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal şəhərsalma gündəliyi heç vaxt çoxtərəfli əməkdaşlıq üçün bu qədər mühüm əsas kimi götürülməyib.

"Əgər biz şəhərsalmanı inkişaf etdirməsək, öz vədimizi övladlarımız qarşısında sındırmış olacağıq. Bu bizim üçün sadəcə bir şüar deyil, həm də çağırışdır. Eləcə də bu çağırış tədbirlərinin görülməsi real dünya və iqtisadiyyata söykənməlidir. Bu mənada, biz düzgün siyasət yeritməli, bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasına çalışmalıyıq".

Nqa Kor Minq sonda təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər