Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
Far.Az xəbər saytı

Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq


Mütəxəssislər yuxu zamanı nəfəsin dayanması ilə müşahidə olunan "yuxu apnoesi" xəstəliyinin ciddi sağlamlıq problemlərinə və hətta ölüm riskinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

BAKU.WS xəbər verir ki, həkimlərin sözlərinə görə, bu problem zamanı insan gecə ərzində dəfələrlə nəfəsini itirir. Nəticədə orqanizm kifayət qədər oksigen ala bilmir. Bu isə ürək-damar xəstəlikləri, yüksək təzyiq, insult və infarkt riskini artırır.

Pulmonoloq-somnoloqlar bildirirlər ki, bir çox insan xoruldamanı adi hal hesab etsə də, yüksək səslə xoruldama və gecə nəfəsin dayanması təhlükəli xəstəliyin əlaməti ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, yuxu apnoesi olan şəxslərdə gündüz yuxululuq, diqqət dağınıqlığı, yorğunluq və əsəbilik daha çox müşahidə edilir. Bu hal sürücülər və təhlükəli sahələrdə çalışan insanlar üçün xüsusilə risklidir.

Həkimlər artıq çəki, siqaret və alkoqol istifadəsinin xəstəliyi ağırlaşdırdığını bildirirlər. Müalicədə isə xüsusi nəfəs aparatları və həyat tərzinin dəyişdirilməsi əsas rol oynayır.

Mütəxəssislər uzunmüddətli xoruldama və yuxuda nəfəs dayanması hallarında mütləq həkim müayinəsindən keçməyi tövsiyə edirlər.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər