Xəyal Əliyev: "Bu mövsüm "qızıl dubl" edəcəyimizi gözləmirdik, bizim üçün də sürpriz oldu"
Far.Az xəbər saytı

Xəyal Əliyev: "Bu mövsüm "qızıl dubl" edəcəyimizi gözləmirdik, bizim üçün də sürpriz oldu"


"Sabah"ın bu mövsüm Azərbaycan futbolunda "qızıl dubl" etməsi komanda üzvləri üçün süpriz olub.

Bunu "Far.Az"a açıqlamasında Bakı kollektivinin futbolçusu Xəyal Əliyev deyib.

O, komandasının uğurlu çıxışından danışıb:

"İnanın, çox sevincliyik. Bir neçə gün əvvəl Azərbaycan Kubokunun finalında qələbə qazandıq və sevincimizi bölüşdük. Artıq Premyer Liqada çempionluğu da rahat qeyd edə bilərik. İki kuboka sahib çıxmaq bizim üçün də sürpriz nəticə idi. İnşallah, uğurlarımızın davamı gələr. Özümüzə inam var. Çempionlar Liqasının əsas mərhələsinə düşmək istəyirik və buna inanırıq".

Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi yığmanın mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində keçiriləcək təlim-məşq toplanışına toxunub:

"Komanda ayın sonunda bir araya gələcək. Millinin son oyunlarına çağırılan futbolçu kimi təəssüratlarım yüksəkdir. Son olaraq Azərbaycanda təşkil olunan "FIFA Series-2026" turnirində qalib gəldik. Bəzilərinə asan görünə bilər, amma o da çətin turnir idi. Orada əldə etdiyimiz uğur bizə əlavə motivasiya verir. Qarşıda bizi San Marino və Malta millilərinə qarşı görüşlər gözləyir. İnanırıq ki, qələbə bizim olacaq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
FHN şagird və müəllimlərlə təlim keçirdi
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər