Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır
Far.Az xəbər saytı

Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır


Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Bakıda WUF13 çərçivəsində Mexiko şəhərinin meri Klara Bruqada bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi estafetini UN-Habitat ilə birgə təhvil verməsi çərçivəsində, yaxın illərdə əsas diqqət 2030-cu ilədək olan gündəliyin həyata keçirilməsinə yönəldiləcək.

"Bu gün Azərbaycan Prezidenti UN-Habitat ilə birgə estafeti bizə təhvil verdi. Biz düşünürük ki, 2028-ci ildə forumun əsas mövzusu 2030-cu ilədək olan gündəliyin müzakirəsi olacaq - məhz o zaman BMT-nin və müxtəlif ölkələrin bərabərsizliyin azaldılmasına, resursların yenidən bölüşdürülməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək etməyi hədəflədiyi mühüm bir dövr başa çatır", - o qeyd edib.

Bruqada vurğulayıb ki, 2028-ci ildə əsas diqqət dünya şəhərlərinin iştirakı ilə yeni qlobal şəhər gündəliyinin formalaşdırılmasına yönəldiləcək.

"Biz diqqətimizi mənzil siyasətinin, şəhərə olan hüququn və şəhərsalmanın müzakirəsinə cəmləyəcəyik. Məhz bu mövzular əsas olacaq", - Mexiko meri əlavə edib.

Meksikada keçiriləcək WUF14-ün mümkün mövzusu ilə bağlı sualı cavablandırarkən, Bruqada qeyd edib ki, əsas mövzu 2030-cu ilə qədərki məqsədlər kontekstində mövcud şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi olacaq.

"Biz bilirik ki, artıq bir gündəlik mövcuddur, lakin bütün sessiyalarda eşitdiyim kimi, yeni şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi zərurəti var. Məhz bunlar da müzakirə obyekti olacaq - 2030-cu ilə qədər qarşımıza hansı yeni məqsədləri qoyduğumuz, insan hüququ kimi mənzil, əlçatan mənzil və centrifikasiya kimi problemlər daxil olmaqla hansı hüquq və vəzifələri müəyyənləşdirdiyimiz və onlarla necə mübarizə aparacağımız", - o yekunlaşdırıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər