BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: "WUF13 dünyanı daha davamlı yola yönəltmək üçün fürsətdir"
Far.Az xəbər saytı

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: "WUF13 dünyanı daha davamlı yola yönəltmək üçün fürsətdir"


Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyanı daha davamlı yola yönəltmək üçün fürsətdir.

"Report" xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirə ünvanladığı video müraciətdə bildirib.

Onun sözlərinə görə, bu mənada milli, regional və yerli hakimiyyətlərin öz rolu var: "Mənzil siyasətləri bərabərlik, həmrəylik və ədalət üzərində qurulan zaman cəmiyyətlər daha inklüziv, daha dayanıqlı və daha davamlı olur. Ən həssas vəziyyətdə olanlara diqqət yetirdikdə və onları özlərini əlaqələndirən qərarlara cəlb etdikdə, sosial birliyi möhkəmləndiririk".

O vurğulayıb ki, iqlim böhranı fonunda ölkələrin karbon neytral olan və ekstremal hava hadisələrinə tab gətirə bilən ev və şəhər infrastrukturuna ehtiyacı var: "Danimarka, Böyük Britaniya və digər ölkələrin bəzi şəhərləri yeni ictimai investisiya modelləri ilə sınaqlar aparırlar. Bu mənada milli və yerli büdcələr mühüm əhəmiyyət kəsb edir, çünki bununla şəhərlərin mənzil və davamlı infrastruktura resurs ayırıb-ayıra bilməyəcəyini müəyyən edilir".

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər