Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması regionda nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm addım hesab olunur. Uzun illər ərzində həm turistlər, həm iş adamları, həm də iki ölkə arasında mütəmadi səfər edən vətəndaşlar üçün ən rahat nəqliyyat vasitələrindən biri olan bu marşrutun bərpası iqtisadi və humanitar əlaqələrə də müsbət təsir göstərə bilər.
BAKU.WS-in məlumatına görə, qatar xəttinin yenidən işə düşməsi hava nəqliyyatına alternativ yaradacaq, sərnişin axınının artmasına, turizm sektorunun canlanmasına və region ölkələri arasında əməkdaşlığın daha da güclənməsinə şərait yaradacaq. Eyni zamanda, Bakı-Tbilisi-Bakı marşrutu ekoloji baxımdan daha sərfəli nəqliyyat vasitəsi kimi də diqqət çəkir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) BAKU.WS-ə açıqlamasında bildirilib ki, hazırda proses üzrə danışıqlar davam etdirilir.
"Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır".
Qeyd edək ki, pandemiyadan sonra fəaliyyətini dayandıran beynəlxalq sərnişin qatarlarının yenidən bərpası ilə bağlı ictimai maraq son dövrlərdə daha da artıb. Bakı-Tbilisi-Bakı marşrutu isə həm sərfəli qiyməti, həm rahatlığı, həm də gecə səfəri imkanına görə sərnişinlər arasında xüsusi populyarlıq qazanmışdı. Bu marşrutun yenidən açılması gələcəkdə region üzrə digər beynəlxalq dəmir yolu əlaqələrinin də inkişafına təkan verə bilər.
Orxan Hüseyn
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













