Umayra Tağıyeva: "Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib"
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişikliyi və şəhərlərlə bağlı xüsusi hesabat üzrə qəbul edilən qərarın hazırlanması prosesində ölkənin aktiv iştirak etdiyini bildirib.
Far.Az xəbər verir ki, Azərbaycan bu istiqamətdə aparılan beynəlxalq müzakirələrdə, xüsusilə İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatın hazırlanmasına dair danışıqlarda fəal mövqe sərgiləyib.
"Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib",- deyə Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini həmçinin qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 7-ci Qiymətləndirmə Hesabatı üzərində işlər davam etdirilir və sənədin 2029-cu ilin sonuna qədər təqdim olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













