2040-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə şəhər əhalisinin 354 mini keçəcəyi gözlənilir
Şəhərsalma işğaldan azad olunmuş ərazilərin gələcək inkişafının formalaşdırılmasında mərkəzi rol oynayır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.
Onun sözlərinə görə, 8 şəhər üçün baş planlar artıq təsdiq edilib, 4 şəhər üçün yekunlaşdırılmaq üzrədir: "İşğaldan azad olunmuş ərazilərin ümumi planlaşdırılmış şəhər sahəsi 10 000 hektarı keçir, proqnozlaşdırılan əhali 2040-cı ilə qədər 354 000 nəfəri keçəcək. Azad edilmiş şəhərlər üçün planlaşdırma yanaşması uzunmüddətli, mərhələli və inteqrasiya olunmuş inkişaf prinsiplərinə əsaslanır".
Ağdam şəhərinin baş planını nümunə olaraq göstərən Komitə sədri hər planın 20 illik inkişaf perspektivi ilə hazırlandığını və əhali artımını, fokusu, sıxlıq strategiyalarını, mobillik sistemlərini, iş yerlərinin paylanmasını və əlaqələndirilmiş yaşıl infrastrukturu özündə ehtiva etdiyini deyib: "Ağdam azad olunmuş ərazilərin əsas iqtisadi və şəhər mərkəzlərindən biri kimi yenidən inkişaf etdirilir. Baş plana əsasən, şəhər 100 000 nəfər əhali üçün nəzərdə tutulub və təqribən 2 000 hektar sahəni əhatə edir. İnkişaf çərçivəsi 3 milyon kvadratmetrdən çox yaşayış sahəsini əhatə edir. Şəhər strukturuna inteqrasiya olunmuş 200 hektarlıq sənaye parkı Ağdamın gələcək regional iqtisadi mərkəz kimi rolunu daha da gücləndirir".
Onun sözlərinə görə, Ağdamın baş planı müasir, yaxşı əlaqələndirilmiş və insanyönümlü şəhər mühitinin yaradılmasına əsaslanır: "İnkişafın birinci mərhələsində beş yaşayış məhəlləsi layihələndirilib və onlardan üçü tikinti mərhələsindədir. Bu yaşayış komplekslərindəki təqribən 6 000 mənzil münaqişədən zərər çəkmiş 22 000-dən çox insanın mənzil problemlərini həll edəcək. Ağdam Baş Planının həyata keçirilməsi artıq fəal şəkildə davam edir. İlk tamamlanmış yaşayış məhəlləsi keçmiş sakinlərin geri qayıtmasını dəstəkləmək və şəhər daxilində müasir yaşayış şəraiti yaratmaq üçün nəzərdə tutulmuş 1 200-dən çox mənzili əhatə edir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
II Liqanın qalibi olan "Xankəndi" I Liqaya yüksəlib













