"İnter" "Barselona"nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirə bilər.
"Far.Az" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "İnter" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün uruqvaylı futbolçunun transfer variantını nəzərdən keçirir.
Məlumata əsasən, Milan təmsilçisi Ronald Arauxonu sıralarına cəlb etmək üçün hazırkı futbolçusu Alessandro Bastonini qarşı tərəfə təklif edə bilər.
Arauxo cari mövsüm "Barselona"nın heyətində La Liqada 23 oyuna çıxaraq 3 qol vurub. Müdafiəçi UEFA Çempionlar Liqasında isə 10 matçda forma geyinib.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
-
ABŞ İrana mümkün zərbələr üçün İsraildə onlarla yanacaqdolduran təyyarə yerləşdirib
-
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
-
Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir













