Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film təqdim olunub
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim olunub.
"Far.Az" xəbər verir ki, ekran əsərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və "Ağıllı şəhər" konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, sənədli film Vətən müharibəsinin 5 illiyinə həsr olunub:
"Yaradan" Azərbaycan xalqı ilə bağlı bir filmdir. Əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsini real təsvir etmək idi. Sözsüz biz sənədli film stilinə uyğun mütləq insan talelərini və yaradıcı insanların düşüncələrini də filmə daxil etməyə bilməzdik. Hesab edirik ki, bu filmə qısa məzmun yazmalı olsaq, məhz belə deyərdik - dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi".
Qeyd edək ki, sənədli filmin çəkilişləri Azərbaycanın işğaldan azad olunmuş əraziləri - Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













