Pərvanə Vəliyeva: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır
Far.Az xəbər saytı

Pərvanə Vəliyeva: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır


Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində keçirilən "Şəhər-Sənaye-İqlim Qarşılıqlı Əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılmas" adlı tədbirdə deyib.

O, Azərbaycanı Avropa və Asiya arasında "qapı" kimi dəyərləndirib:

"Bizim həm Rusiya, həm də İranla sərhədimiz var. Hazırda hər iki ölkədə müharibə gedir. Lakin Azərbaycan təhlükəsiz ölkədir, ABŞ və digər dövlətlərlə əməkdaşlıq edir. Qeyd edim ki, ekoenerji mövzusunda insan faktoru, həmçinin xüsusi mərkəzlərlə işləmək çox önəmlidir. Biz hüquqi və fiziki şəxslər qismində investorları dəstəkləyirik. Onlara müxtəlif güzəştlər edilir və vergilərdən azad olunurlar. Azərbaycanda investorlar 30 il müddətə vergidən azad olunurbar".

P.Vəliyeva daha sonra Azərbaycan və Ermənistan arasında nizamlama prosesinin yaratdığı imkanlara da toxunub: "Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır".

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər