Fransa təmsilçisi: Tikintidə keyfiyyəti nəzərə almamaq milyardlarla itkiyə səbəb ola bilər
Mənzil əlçatanlığı onun dayanıqlığı olmadan mümkün deyil, yalnız tikintinin sürətli templərinə üstünlük vermək gələcəkdə səhvlərin düzəldilməsi üçün milyardlarla xərclə nəticələnə bilər.
"Far.Az" xəbər verir ki, bunu Fransanın davamlı şəhərlər üzrə nazirlik nümayəndəsi İv-Loran Sapoval Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal mənzil maliyyələşdirməsindən əlçatan mənzil üzrə yerli fəaliyyətə: qlobal inkişaf maliyyələşdirməsindən və submilli maliyyələşdirmədən istifadə" mövzusunda panel müzakirəsində bildirib.
"Mənzil tikintisinin kəmiyyət göstəricilərini onun keyfiyyətinə qarşı qoymamağa çağırıram. Dayanıqlıq uzunmüddətli perspektivdə əlçatanlıqdır", - o vurğulayıb.
İ.Sapovalın sözlərinə görə, dünya təcrübəsi göstərir ki, keyfiyyət standartlarını və dayanıqlığı nəzərə almadan mənzil çatışmazlığını tez bir zamanda həll etmək cəhdləri ciddi iqtisadi və sosial nəticələrə gətirib çıxarır. O, Fransada müharibədən sonrakı dövrü misal gətirib - o zaman genişmiqyaslı mənzil tikintisi sonradan modernləşdirmə üçün böyük xərclər tələb edib.
"İkinci Dünya müharibəsindən sonra Fransa lazımi keyfiyyət və uzunmüddətli planlaşdırma olmadan tikilmiş evlərin və bütöv rayonların renovasiyasına təxminən 75 milyard avro yönəltmək məcburiyyətində qalıb", - o qeyd edib.
Fransa nümayəndəsi vurğulayıb ki, əhalinin əlçatan mənzillə təminatı tamamilə bazar mexanizmlərinə və özəl sektora ötürülə bilməz. Onun sözlərinə görə, dövlət həm mənzil siyasətinin formalaşdırılmasında, həm də davamlı şəhər infrastrukturunun maliyyələşdirilməsində mühüm rol oynamalıdır.
O, həmçinin şəhərlərin inkişafına kompleks yanaşmanın vacibliyini qeyd edib, bu yanaşmada mənzil ayrıca deyil, nəqliyyat əlçatanlığı, enerji səmərəliliyi, sosial infrastruktur və şəhər mühitinin keyfiyyəti ilə birlikdə nəzərdən keçirilir.
İ.Sapovalın fikrincə, məhz belə yanaşma şəhərlərə urbanizasiya, iqlim dəyişikliyi və sosial bərabərsizliyin artması çağırışlarına eyni vaxtda cavab verməyə imkan verəcək.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2













