Yaponiyada TOD modeli ilə yeni qəsəbə salınıb
Tokionun şimalında "Koshigaya Laketown" adlı ərazidə TOD (Ictimai Nəqliyyat Yönümlü İnkişaf) modeli ilə yeni qəsəbə salınıb.
"Far.Az" xəbər verir ki, bunu Yaponiyanın Qlobal Məsələlər İdarəsinin Şəhər İntibah Agentliyinin nümayəndəsi Fujita Ryo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər inkişafı üçün tranzityönlü inkişaf" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, layihə yeni dəmir yolu stansiyasının və irimiqyaslı su tutarının (retention pond) tikintisini də əhatə edib: "Bu ərazi mərkəzi Tokiodan 22 km şimalda, Koşiqaya şəhərində yerləşir. Əvvəllər ora tez-tez daşqınlardan zərər çəkirdi. Oövrdəki sürətli urbanizasiya daşqınlara nəzarət və nizamsız şəhər genişlənməsinin qarşısını almaq üçün hərtərəfli tədbirlərin görülməsi zərurətini daha da artırdı. Beləliklə, su tutarının ətrafında mərkəzləşən, şəhər mühiti ilə sahilboyu sahəni harmoniyada birləşdirən yeni bir qəsəbə planlaşdırıldı.
Ümumi torpaq sahəsi 226 hektardır, bunun 39 hektarını irimiqyaslı su tutarı təşkil edir. Mərkəzdə yeni bir stansiya, yaxınlığında isə böyük bir ticarət mərkəzi tikilib. Təxminən 20 il ərzində torpaqların yenidən qurulması metodundan istifadə edərək infrastrukturun inkişafı təmin edilb. TOD perspektivindən yanaşsaq, ərazilərin böyük hissəsi stansiyadan piyada 15 dəqiqəlik məsafədə olacaq şəkildə layihələndirilib. Avtobuslara və digər nəqliyyat növlərinə rahat keçid imkanı yaradan stansiya meydanı tikilib, həmçinin əsas yollar boyu velosiped zolaqları salınıb".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2













