UN-Habitat rəhbəri: Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün gözəl məkandır
Bakı mədəni irslə bağlı müzakirələr keçirmək üçün olduqca gözəl bir məkandır.
"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.
O, İçərişəhərə getdiyini və tarixi məkanın gözəlliyi ilə yaxından tanış olduğunu da bildirib:
"Ümumiyyətlə, mədəni irsin konservasiyasının yaxşı həyata keçirildiyi şəhərlərdə olmaq, bu cür müzakirələr aparmaq çox əlverişlidir. Həmin məkanları gəzdikcə mədəni irsi və tarixi qorumağın insanlıq üçün öhdəlik olduğunu başa düşürük".
A.Rossbax gələcəyin şəhərlərində mədəniyyətin və mədəni irsin prioritet olmasının vacibliyini də vurğulayıb:
"Biz bununla bağlı UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2













