Vahid Hacıyev: Azərbaycan ərazisindən yükdaşımalar ildə 50 milyon ton arta bilər
Far.Az xəbər saytı

Vahid Hacıyev: Azərbaycan ərazisindən yükdaşımalar ildə 50 milyon ton arta bilər


Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat infrastrukturunun inkişafı Azərbaycan vasitəsilə yükdaşımaların həcmini ildə təxminən 50 milyon ton artıra bilər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəqliyyat layihələri işğaldan azad edilmiş ərazilərin iqtisadi transformasiyasının əsas elementidir.

"Zəngəzur dəhlizinin reallaşdırılması regionda dairəvi dəmir yolu şəbəkəsi yaradacaq və Azərbaycanın yükdaşıma üzrə illik buraxılış qabiliyyətini təxminən 50 milyon ton artıracaq", - o bildirib.

Hacıyev qeyd edib ki, paralel olaraq regionda bərpa olunan mənbələr əsasında irimiqyaslı enerji bazası formalaşır. Xüsusilə, Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası, eləcə də 100 MVt gücündə daha bir layihə inşa edilir. Bundan əlavə, regionda ümumi gücü təxminən 45 MVt olan beş su elektrik stansiyası fəaliyyət göstərir.

"Regionun yüksək günəş potensialını nəzərə alaraq evlərin damlarında günəş panelləri quraşdırırıq", - V.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, energetikanın inkişafı təkcə daxili tələbatı ödəməyə imkan vermir, həm də ixrac potensialını formalaşdırır.

Hacıyev əlavə edib ki, Cəbrayılda 19 rezidentin qeydiyyata alındığı sənaye parkı fəaliyyət göstərir və bu da regionun investisiya cəlbediciliyini gücləndirir.

O, həmçinin qeyd edib ki, ərazilərin bərpası kənd təsərrüfatı, logistika, turizm və dağ-mədən sənayesinin inkişafını əhatə edir.

Hacıyev Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin strateji rolunu, eləcə də regional inteqrasiyanı gücləndirəcək Horadiz-Ağbənd avtomobil yolu, dəmir yolu xətti və Araz çayı üzərindəki körpü də daxil olmaqla infrastrukturun inkişafını xüsusi olaraq vurğulayıb.

Xüsusi nümayəndə əlavə edib ki, Zəngilandakı beynəlxalq hava limanı artıq regionun logistika imkanlarını artırır və investorların marağını cəlb edir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər