"Azərsun Holdinq" ADEX 2026 sərgisində iştirak edir
Far.Az xəbər saytı

"Azərsun Holdinq" ADEX 2026 sərgisində iştirak edir


Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir.

"Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsullarını təqdim edir.

Azərbaycanın qida sənayesində aparıcı şirkətlərindən biri olan "Azərsun Holdinq" tərəfindən istehsal olunan "Əsgər payı" məhsulları hərbi qulluqçuların qida təminatının yerli istehsal hesabına dəstəklənməsinə yönəlib. Məhsulların hazırlanması zamanı onların qida dəyəri, istifadəsinin rahatlığı, daşınması və saxlanması kimi amillər nəzərə alınıb.

Sərgi çərçivəsində "Azərsun Holdinq"in stendini ziyarət edən iştirakçılar "Əsgər payı" məhsulları ilə yaxından tanış olmaq, onların çeşidi və istehsal prosesi barədə məlumat əldə etmək imkanı qazanırlar.

ADEX 2026 sərgisi müdafiə sənayesi sahəsində innovativ həllərin, müasir texnologiyaların və yerli istehsal imkanlarının nümayiş etdirilməsi baxımından mühüm platforma olmaqla yanaşı, müxtəlif qurumlar və şirkətlər arasında əməkdaşlığın inkişafına da imkan yaradır.

"Azərsun Holdinq"in sərgidə iştirakı şirkətin yerli istehsal imkanlarının və Azərbaycan Ordusunun təminatına yönəlmiş məhsullarının təqdim edilməsi baxımından əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər